Cənubi Koreyada 6415 intern həkim hökumətin tibb fakültəsi tələbələrinin sayını artırmaq qərarına etiraz olaraq istefa ərizəsi verib.
7NEWS.az xəbər verir ki, səhiyyə və rifah nazirinin ikinci müavini Park Min-soo hökumətlə kursant həkimlər arasında yaranan gərginliklə bağlı jurnalistlərə açıqlama verib. Park, bu gündən etibarən ölkə daxilində 100 fərqli xəstəxanada çalışan 6 min 415 intern həkimin istefa ərizəsi ilə müraciət etdiyini və həkimlərin vəzifələrinə qayıtmalarını istəyib.
7NEWS.az








