7NEWS.az xəbər verir ki, Cənubi Koreyada ötən həftədən bəri yağan güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı artır. Cənubi Koreya rəsmiləri 8 nəfərin itkin düşdüyü ölkədə ölənlərin sayının 41-ə yüksəldiyini açıqlayıb. Ölkədə baş verən sel fəlakəti səbəbindən qatarların hərəkətində gecikmə yaranıb. Daşqın və sürüşmə nəticəsində yollar zədələnib, kənd təsərrüfatı sahələrinin çox hissəsi su altında qalıb. Yarım milyon təsərrüfat heyvanının tələf olduğu açıqlanıb.
7NEWS.az








