Tətildə iştirak edən işçilər Samsung şirkətinin Seulun Hvason rayonundakı baş ofisinə toplaşıblar. 6500-dən çox işçinin tətilinin 3 gün davam edəcəyi gözlənilir.
7NEWS.az xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi Samsung-da çalışan 6500-dən çox işçi ədalətli maaş tələbi ilə bu gündən etibarən üç günlük tətilə çıxıb. Həmkarlar ittifaqı işçilərinin tələbləri arasında illik məzuniyyətlərin bir gün artırılması da var. Həmkarlar ittifaqı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə yenidən tətil edəcəklərini bildirib.
7NEWS.az








