RU
Cərəyan “Azərişıq” əməkdaşını yerindəcə öldürdü
13:50
311

Cərəyan “Azərişıq” əməkdaşını yerindəcə öldürdü

Kürdəmir rayonunda "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

7News.Az  "Report”a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

 

Kürdəmir rayon, Xırdapay kənd sakini 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlu işıq dirəyində işləyərəkən onu elektrik cərəyanı vurub öldürüb.

 

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ