RU
Cərimələrlə bağlı qaydalar dəyişdirilir
23:25
47659

Cərimələrlə bağlı qaydalar dəyişdirilir

Sürücülərin diqqətinə!

Sürət həddini müxtəlif dərəcədə aşmağa görə fərqli cərimələr mövcuddur. Tutaq ki, yolda sürət həddi saatda 60 km nəzərdə tutulub, amma sürücü həmin yolda 80 km/sürətlə hərəkət edib. Yəni 20 km/saat çox. Köhnə qaydalardakı boşluğa görə bu pozuntu ilə bağlı sürücüyə ya 10 manat, ya da 50 manat və 2 bal cərimə tətbiq edilə bilərdi. Mayın 1-dən tətbiq ediləcək qaydalar bu ziddiyyətə son qoyacaq.

7news.az-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, yollarda müəyyən olunmuş sürət həddini aşmağa görə sürücülərin cərimələnmə mexanizmi dəyişir.

Hazırki İnzibati Xətalar Məcəlləsi qoyulmuş sürət həddini 4 dərəcədə aşmağa görə məsuliyyət müəyyən edir.

Bu qaydalar bəzi hallarda cərimənin miqdarı ilə bağlı polislə sürücülər arasında mübahisələrə səbəb olurdu.

Mayın 1-də qüvvəyə minəcək yeni qaydalar isə mübahisələrə son qoyacaq.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ