RU
Cəsarət, yoxsa axmaqlıq?
19:30
762

Cəsarət, yoxsa axmaqlıq?

Braziliyada lentə alınan görüntülər izləyən hər kəsi təəccübləndirib. Sakinlərdən birinin əyləncə naminə özünü ölümə atması qorxu dolu anların yaşanmasına səbəb olub.

Taxta körpü piyadalar üçün nəzərdə tutulub. Lakin körpüdə uzun müddətdir ki, təmir-bərpa işləri aparılmadığından üzərindəki taxtaların bir çoxu sıradan çıxıb. Elə buna görə də baş verə biləcək təhlükəyə qarşı sakinlər bu körpüdən istifadə etməməyə çalışırlar. Lakin bir şəxs piyadalar üçün nəzərdə tutulan taxta körpünün üzərinə avtomobil ilə çıxaraq heç nədən qorxmadığını və ölümə meydan oxuduğunu ətrafda olan hər kəsə sübut etməyə çalışıb.

Ölümlə burun-buruna gələn şəxsin görüntüləri sosial mediaya düşdükdən sonra geniş müzakirələrə yol açıb. Videonun nə zaman çəkildiyi məlum olmasa da, insanlar onun bu davranışını cəsarət kimi yox, yersiz hərəkət kimi qiymətləndirirlər./atv

7news.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ