RU
Cəsədi tapılan daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub
19:33
1112

Cəsədi tapılan daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub

Cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

SOCAR-ın “Günəşli” yatağının 65-70 kilometrliyində FHN-in helikopteri tərəfindən meyiti tapılan daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub.
7news.az  xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsindən APA-ya verilən xəbərə görə, bunlar 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğludur.

Qeyd edək ki, bu gün saat 13:20 radələrində FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib.

Onlardan Tağıyev Fuad Tahir oğlu (23.02.1981) və Mahmudov Ağa İzzət oğlunun (24.03.1968) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.

 

“Azneft” İstehsalat Birliyində “Günəşli” yatağının 10-cu özülünün platformasında qəza ilə bağlı növbəti mətbuat konfransı keçirilib.

7news.az xəbər verir ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov qeyd edib ki, qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq Xətai rayonunda ölüxanaya təhvil verilib.

Digər 4 nəfərin cəsədi Sabunçu rayonun ölüxanasına təhvil veriləcək.

Onların şəxsiyyəti müəyyənləşdirilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ