Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kairat Sarıbay ilə görüşüb.
7NEWS.Az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb
. "Biz əməkdaşlıq perspektivləri və qarşıdan gələn görüşlər barədə əsaslı fikir mübadiləsi apardıq. Azərbaycanın bu regional əməkdaşlıq formatına verdiyi önəmi vurğulandı”, - paylaşımda bildirilib.
7NEWS.Az







