RU
Ceyhun Bayramov Laçın yolunda ekoaksiyanın ƏSL SƏBƏBİNDƏN DANIŞDI
13:34
22

Ceyhun Bayramov Laçın yolunda ekoaksiyanın ƏSL SƏBƏBİNDƏN DANIŞDI

Ekofəalların Laçın yolunda aksiyası Ermənistan tərəfinin onun istifadəsini kobud şəkildə pozması ilə bağlıdır.

7News.Az bildirir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 79 gündür davam edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ