RU
Ceyhun Bayramov TDT XIN Şurasında COP29-a hazırlıqdan danışıb - YENİLƏNİB
10:00
36

Ceyhun Bayramov TDT XIN Şurasında COP29-a hazırlıqdan danışıb - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci iclasında COP29-a hazırlıq barədə danışıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir çıxışında TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət kimi sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub.

O, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüslərindən danışıb.

08:04
Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də onun Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Macarıstandan olan həmkarları iştirak edirlər.

Görüş TDT sammitinə hazırlıq çərçivəsində keçirilir və "Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” mövzusuna həsr olunub.

Qeyd edək ki, Qırğız Respublikasında Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü baş tutacaq.
 
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ