Xarici işlər naziri Ceyhun Bayramovun itkin düşmüş 4000-ə yaxın şəxsin taleyi ilə bağlı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
7News.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında bildirilib.
Qeyd edilib ki, Ceyhun Bayramovun məktubu BMT Baş Assambleyasınına martın 2-də təqdim olunub.
7News.Az








