RU
Ceyms Cefri: “Putin sanki 19-cu əsrdə yaşayır”
21:50
972

Ceyms Cefri: “Putin sanki 19-cu əsrdə yaşayır”

Rusiya rezidenti elə bir siyasət yürdür ki, sankı 19-cu əsrdə yaşayır.

Bunu ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri CNN Türk telekanalına açıqlamsında deyib.

"Cənab Putin özünü 19-cu əsrdə hiss edir. Siz türklər o dövrün böyük dövlətlərindən biri olduğunuz üçün bunu yaxşı başa düşürsünüz. Bilirsiniz ki, o dövrün qaydaları fərqli idi. Putin o günlərə qayıtmaq istəyir”- ameriaklı diplomat qeyd edib.

O əlavə edib ki, Bayden administrasiyası Putinə yaxşı təklif etdi. "İkincisi, Bayden Ukrayna ilə həmsərhəd ölkələrə qoşun göndərdi. Bu, NATO-nun birliyinə önəm vermək və Birləşmiş Ştatların bütün müttəfiqlərini qorumaq üçün hərəkətə keçməyə hazır olduğunu göstərmək üçün mühüm addımdır. Əgər Putin bütün beynəlxalq sistemi pozub, işğalda qərarlıdırsa, biz bunun qarşısını ala bilmərik. Amma bədəlini ödətdirməklə işğal edəcəyi sonuncu yerə çevirə bilərik”- o qeyd edib.

 Diplomat əlavə edib ki, PutinPekinə səfər edib, Çin lideri ilə görüşsə də, birgə bəyanatda Ukraynanın adı belə çəkilməyib: "Hətta Çin də Rusiyanın addımlarını narahatlıqla izləyir. Nələr olacağını gözləyib  görəcəyik. Əlimizdən gələni etdik, indi top Putinin meydanıəndadır”.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ