RU
Ceyms Vardinin cəzası ağırlaşdırıla bilər
13:54
972

Ceyms Vardinin cəzası ağırlaşdırıla bilər

İngiltərə Premyer Liqasının lideri "Lester"in futbolçusu Ceym Vardinin cəzası artırıla bilər.

7News.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun "Vest Hem"ə qarşı matçda qırmızı vərəqə aldıqdan sonra qarşılaşmanın hakimi Con Mossa etdiyi qeyri-etik hərəkətdir.

C.Vardi hakimə qarşı yanlış hərəkət etdiyini qəbul edib. Onun bu etirafından sonra daha 2 oyunluq cəzalandırıla biləcəyi vurğulanıb. Belə olan halda "Lester" həmin cəzaya etiraz etməyəcəyini açıqlayıb.

C.Vardi cəzalansa, İngiltərə Premyer Liqasında "Mançester Yunayted"lə vacib oyunda iştirak edə bilməyəcək.


Qeyd edək ki, C.Vardi "Vest Hem"ə qarşı matçda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ