7NEWS.az xəbəe verir ki, gənc yaşlarından Fransada yaşayan və bu ölkədəki həyatı ilə məşhurlaşan Birkinin vəfatını Fransa Mədəniyyət Nazirliyi açıqlayıb. 1990-cı illərdə leykoz xəstəsi olan Ceyn Birkinin 2021-ci ilin sentyabrında insult keçirdiyi, lakin sağaldığı məlum idi. Bir müddət səhhətindəki problemlərə görə may ayında verməyi planlaşdırdığı konsertləri ləğv edən Ceyn Birkinin Parisdəki evində qulluqçusu tərəfindən ölü tapıldığı açıqlanıb. Birkin özündən 18 yaş böyük fransız musiqiçi Serj Gainsbourg ilə fırtınalı eşq macərası ilə də məşhur mədəniyyətin öndə gedən adlarından biri idi.
7NEWS.az








