RU
Ceyran dərisindən qızıl yazılı dini kitab belə ələ keçirildi - foto
17:20
735

Ceyran dərisindən qızıl yazılı dini kitab belə ələ keçirildi - foto

Türkiyənin Adana şəhərində polis tərəfindən təşkil olunan əməliyyatda ceyran dərisi üzərində qızıl yazılı Tövrat kitabı ələ keçirilib.

Adana polis mərkəzinə verilən məlumata görə, 3 şəxsin tarixi əsər qaçaqçılığı etdiyi və Denizli məhəlləsində tarixi əsəri satacağı məlumatı çatıb. Xəbərdarlıqdan sonra hərəkətə küçən polis işçiləri şübhəliləri Denizli məhəlləsində yaxalayıb. Polis şübhəlilərdən birinin çantasında apardığı axtarış zamanı ceyran dərisi üzərinə qızıl yazılı Tövrat tapıb. Hadisə ilə bağlı A.A, İ.M və gözdən əlil olduğu deyilən M.M saxlanılıb.
Ələ keçirilən kitab araşdırma məqsədilə muzey müdirliyinə göndərilib. Şübhəlilər isə sorğularında kitabdan xəbərləri olmadıqlarını, birinin çantaya qoymuş ola biləcəyini bildiriblər.

Saxlanılan 3 şəxs "tarixi əsər qaçaqçılığı” cinayəti ilə həbs olunublar.

Ceyran dərisindən qızıl yazılı dini kitab belə ələ keçirildi - foto
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ