RU
Ceyranbatandakı yanğın söndürüldü
19:28
185

Ceyranbatandakı yanğın söndürüldü

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

FHN-dən 7NEWS.Az-a verilən məlumata görə, yanğın zamanı bir hektar sahədə quru ot və kol-kos yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülüb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ