RU
CHP-dən HDP-li deputatların həbsinə - Münasibət
13:44
305

CHP-dən HDP-li deputatların həbsinə - Münasibət

Türkiyənin ana müxalifət partiyası CHP HDP-li millət vəkillərinin həbsi ilə bağlı açıqlama yayıb.

7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, CHP yazılı açıqlamasında millət vəkillərinin həbsini qınayıb və bu addımı konstutisiyaya zidd adlandırıb.

Bundan başqa, partiya ötən həftə "Cümhuriyyət” qəzetinə qarşı aparılan əməliyyatlara da münasibət bildirib. Açıqlamada " Qəzetə qarşı açılan cinayət işi sona çatdırılmalı, mətbuata, məktəblərə, universitetlərə qarşı hər cür təzyiqə son verilməlidir”,- sözləri yer alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ