RU
“Cibimdəki bıçaq bilmədən ona batdı”
16:00
414

“Cibimdəki bıçaq bilmədən ona batdı”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə tanışını bıçaqlamaqda təqsirləndirilən Elşən Bəndəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Cavid Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda E.Bəndəliyevin anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı vəsatət verərək E.Bəndəliyevin bir neçə dəfə istintaqdan yayındığını əsas gətirərək onun barəsində hazırda qüvvədə olan polisin nəzarətinə verilmə tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib. Məhkəmə kollegiyası vəsatəti təmin edib və E.Bəndəliyev məhkəmə zalında həbs edilib. 

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Günəşli qəsəbəsində baş verib. E.Bəndəliyev kafedə oturub yeyib-içdiyi Yadigar Rüstəmovu bıçaqlayıb. E.Bəndəliyev isə dostunu bıçaqlamaq istəmədiyini deyib: "Ondan 40 qəpik pul aldım, sonra cibimdəki bıçaq bilmədən ona batdı”./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ