Səudiyyə Ərəbistanının Ciddə şəhərində terrorçu kamikadze özünü Amerika konsulluğu qarşısında partlatmağa cəhd edib.
İnsident bazar ertəsi səhər saatlarında baş verib. İki polis işçisi ağır yaralanıb, kamikadze öldürülüb. Terror aktı 4 iyul -Amerikanın Müstəqillik Günü münasibəti ilə təşkil olunub.
2009-cu ildə Səudiyyə Ərəbistanında ABŞ səfirliyinə terrorçular tərəfindən edilmiş hücum nəticəsində 9 nəfər həlak olmuşdu.
7news.Az








