RU
Cinayətkar dəstənin daha bir üzvü saxlanılıb
14:14
497

Cinayətkar dəstənin daha bir üzvü saxlanılıb

Mağazaya basqın edən dəstənin daha bir üzvü saxlanılıb.

7news.Az DİN-ə istinadən xəbər verir ki, aprelin 23-də rayon ərazisindəki mağazaların birindən satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparmaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə saxlanılıblar.

 

35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə dəstənin digər üzvü - Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ