RU
Cinayətkar polis əməkdaşına güllə yağdırdı – VİDEO
18:40
551

Cinayətkar polis əməkdaşına güllə yağdırdı – VİDEO

Cinayətkar polis əməkdaşına güllə yağdırıb.

Hadisə Cənubi Karolina ştatının Estill şəhərində baş verib. Qvinsi Smit adlı polis əməkdaşı, mağazadan ərzaq oğurlayan qaradərili kişiyə şok tapancası ilə yaxınlaşaraq, onu saxlamağa çalışır. Polisin dayan əmrinə tabe olmayan cinayətkar, anidən tapança çıxararaq, polisə atəş açmağa başlayır. Açılan 8 atəşdən 4-ü polisə dəyib. Yaralanan Smit özünü avtomobilə çatdıraraq, ona atəş açıldığını ratsiya ilə xəbər edir. Polis əməkdaşı sağ qalıb, ona atəş açan Qanmen Orr isə tutularaq, 35 il müddətinə həbs edilib./oxu

 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ