İngilis alimləri günün müəyyən saatlarında cinsi əlaqənin daha faydalı olduğunu iddia edir. Təcrübələr göstərir ki, yuxudan oyandıqdan 45 dəqiqə sonra münasibətdə olmaq üçün ən optimal vaxt hesab olunur.
Bu barədə "Huffington Post" yazır.
Tədqiqatda 1000 nəfər iştirak edib. İştirakçılar sınaqlarda öz şəxsi təcrübələrinə əsaslanaraq günün hansı saatında intim münasibətlərin onlara maksimal dərəcədə həzz verdiyi haqqında danışıb.
Alimlərin sözlərinə görə, səhər saatlarında sekslə məşğul olmaq orqanizmdə endorfinlərin (xoşbəxtlik hormonu) itirilməsinə gətirib çıxarır. Bu hormonlar gün ərzində gərgin iş rejimi zamanı insanı gümrah saxlamağa xidmət edir. İtirilmiş enerjini bərpa etmək üçün sekslə məşğul olmaq düzgün deyil.
Bu halda hormonların konsentrasiyasının səviyyələri 09:45-də pik həddə çatır və bu əlavə stress gərginlik hissini artırır. Alimlər gecə saatlarında sekslə məşğul olmağı tövsiyə etmir.
Onların sözlərinə görə, normal orqanizmə xidmət etmək üçün insan saat 22:10-da yatmalıdır. Bu saatdan 20 dəqiqə sonra insan yuxuya gedir, 90 dəqiqə sonra isə dərin yuxuda olur. Bu, gün ərzində xərclənən enerjini bərpa etmək üçün ən ideal vasitədir, nəinki seks./publika
7news.Az








