Keçmiş sevgilisi tərəfindən boynunun qırıldığını və dişlərinin töküldüyünü söyləyən 40 yaşlı qadın, həmin şəxs tərəfindən şantaj edildiyini bildirib.
7News.Az Haberler-ə istinadən xəbər verir ki, 40 yaşlı B.K. keçmiş sevgilisinin ona "İstanbulu tərk etməsən səni öldürəcəyəm. Çılpaq fotolarını ailənə yollayacağam" mesajlarını göndərdiyini qeyd edib.
Qadın 4 il öncə tanış olduğu sevgilisindən iki ildir şiddət gördüyünü və sonuncu dəfə 1 həftə öncə döyüldüyünü iddia edib. Qadın sevgilisinin spirtli içki və narkotik vasitə asılısı olduğunu sözlərinə əlavə dib.
Qeyd edək ki, İstanbulun Sultanqazi rayonunda yaşayan iki uşaq anası B.K., ərindən 10 il öncə ayrılıb.
7News.Az











