7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "The Sun” yazır.
O, cinsi əlaqədə olmağın insanın sağlamlığı və ruhi vəziyyətinə müsbət təsir göstərdiyini bildirir.
Teylor 2004-cü ildə aparılan araşdırmaya əsasən qeyd edir ki, həftədə azı üç dəfə cinsi əlaqədə olan insanların immun sistemi daha güclü ölur.
Seksoloqun sözlərinə əsasən, 2016-cı ildə aparılan araşdırma cinsi əlaqənin yuxusuzluğu aradan qaldırdığını, eləcə də yuxu keyfiyyətini və müddətini yaxşılaşdırdığını sübut edib.
Müntəzəm intim münasibətlər bütün bədən əzələlərini gücləndirir, baş ağrısı və digər ağrıların öhdəsindən gəlməyə kömək edir.
Teylor vurğulayır ki, aktiv cinsi həyat prostat xərçəngi və ürək xəstəliklərindən ölüm riskini azaldır və qan təzyiqini aşağı salır.
Daha öncə isə ABŞ-ın Sent-Luis şəhərindəki Vaşinqton Araşdırma Universitetinin alimləri cinsi aktivliyin vaxtından əvvəl ölüm riskini və ürək xəstəliklərindən ölmə ehtimalını 21% azaltdığını aşkarlayıblar.
7News.Az








