Cinsi performans, əsasən, yaşla bağlı olsa da, cinsi əlaqədən əvvəl qəbul edilən qidaların da gücə xeyli təsiri var.
7News.Az haberler-ə istinadla ideal cinsi əlaqə üçün intim münasibətdən əvvəl yeyilməsi lazım olan qidaların siyahısını və qısa məlumatı təqdim edir:
Avokado

Avokado sözü aztek (etnik qrup) dilində xayalıq deməkdir. Avokadonun tərkibində xeyli miqdarda testosteron hormonunun artması üçün vacib olan B6 vitamini var.
Acı bibər

Acı bibərin tərkibindəki kapsaisin cinsi əlaqə zamanı tərləməni, nəbzin və qan axınının sürətlənməsini təşkil edir və bədəndə xoşbəxtlik hormonunu ifraz edir.
Banan

Serotonin adlanan hormonun ifrazını artırır. Cinsi orqanlara doğru qan axımını sürətləndirir. Enerjini arıtır.
Ballı qoz

Bal bədəndə testosteron və estrogenin ifrazını artırır. Tərkibindəki şəkər serotonin yaradır, bor isə libidonu gücləndirir. Qoz isə bədəni enerji ilə təmin edir:
Yumurta

Yumurtanın tərkibindəki B5, B6 vitaminləri hormonları balanslaşdırır. Enerji verir, stresslə mübarizə aparır.
Seksdən əvvəl yeyilməsi tövsiyə olunan qidalarla yanaşı, cinsi əlaqədən əvvəl uzaq durmalı qidalar da var ki, bunlara lobya, soğan, pizza, kolbasa, sosiska və kofe aiddir.
7News.Az








