Banqladeşdə dəhşətli hadisə baş verib. Beləki, Nusrat Jahan Rafi adlı bir qız məktəbdəki müdirin ona təcavüz etdiyini dediyi üçün oxuduğu məktəbdə üzərinə kerosin maddə tökülərək diri-diri yandırılıb.
7News.Az Azmedia.az-a istinadən təcavüzə məruz qalan Nusrat Jahan Rafi adlı qızcığazın həyatını sizlərə təqdim edir:
19 yaşlı Nusrat, Dəkkənin 100 mil (160km) cənubunda kiçik bir qəsəbədə yaşayırdı. O, İslam məktəbində oxuyurdu. Martın 27-də, müdirin onu ofisinə çağırdığını və ona dəfələrlə toxunduğunu deyən qızcığaz 4-5 nəfər tərəfindən yandırıldı.
Banqladeşdəki bir çox qız və gənc qadın, cinsi təcavüz hadisələrini cəmmiyyət və ailələrdən qorxduqları üçün çox vaxt gizlin saxlayırlar. Ancaq Nusrat Jahan onlar kimi etməyib, müdirin ona qarşı etdiyi cinsi təcavüzü ailəsinə danışaraq polisə şikayət edib.
Hadisə haqqında polisə məlumat verən zaman, polis əməkdaşlarından biri onun bu danışıqlarını videoya çəkib ancaq danışdıqlarından utanan gənc qız, əlləri ilə üzünü bağlamağa çalışıb. Daha sonra çəkilən bu video sosial mediada yayılmağa başlayıb.
Martın 27-də , polisə şikayətindən sonra məktəb müdiri polis tərəfindən tutulub. Amma bundan sonra Nusrat üçün hər şey daha da çətinləşməyə başlayıb. Çünki, küçələrdə bir qrup şəxs müdirin azadlığa çıxması üçün mitinq təşkil etmişdi. Bu hadisədən sonra bir qrup insan, bu gənc qızı günahlandırmağa başlayıb. Bundan sonra qızın ailəsi övladlarının həyati təhlükəsizliyi üçün narahat olmağa başlayıblar. Yenə də, 6 Aprel, iddia edilən cinsi təcavüzdən 11 gün sonra Nusrat yay imtahanlarına girmək üçün məktəbə gedib.
Hadisədən sonra Nusratın qardaşı Mahmudul Həsən Noman, "Bacımı məktəbə apardım və binaya girmək istəyərkən, mənə icazə vermədilər. Əgər içəri daxil olmağıma icazə verilsəydi, bacıma heç bir şey olmayacaqdı" sözlərini deyib.
Nusratın sözlərinə görə, məktəbdə bir qız onu rəfiqələrindən birinin döyüldüyünü söyləyərək məktəbin damına aparıb. O, dama çatdığında dörd -beş nəfər, onu dövriyyəyə alaraq müdirə qarşı etdiyi şikayət ərizəsini geri götürməsini tələb edib. Bunu qəbul etməyən Nusratın üzərinə həmin dəqiqə kerosin maddə tökərək yandırıblar.
Araşdırma zamanı polis bilirib ki, hadisəni törədən qatillər cinayətin "intihar kimi görünməsini" istəyiblər. Nusrat hadisə yerindən qaçdıqdan sonra onların qurduğu plan uğursuz olub və beləliklə də Nusrat ölmədən öncə ifadə verməyi bacarıb.
Polisin BBC kanalına verdiyi açıqlamada, "qatillərin biri əlləriylə qızın başını tutub, buna görə də kerosin onun başına tökülməyib " sözlərini deyib.
Ancaq Nusrat yerli bir xəstəxanaya aparıldığında, həkimlər bədəninin 80 %-nin yandığını deyiblər. Yanıqların müalicəsi mümkünsüz olduğundan , onu Dhaka Medical College Xəstəxanasına göndəriblər.
Təcili tibbi yardım avtomobilində xilas ola bilməyəcindən qorxan Nusrat, telefon ilə qardaşına zəng vurub. "Müəllim mənə təcavüz edib, son nəfəsimə qədər də bu ittihamla mübarizə aparacağam" sözlərini deyib.
Təcavüzə məruz qalan bu qızcığazın xəbəri Banqladeş mediasını alt-üst etmişdi. 10 aprel tarixində həyatını itirən Nusratın cənazəsinə minlərlə insan toplaşmışdı.
Verilən məlumatlara görə, polis bu hadisəyə görə 15 nəfəri həbs etdi. Həbs olunanlar arasında müdiri dəstəkləmək üçün mitinqi təşkil edən 2 məktəbli də var idi.
Hadisədən sonra baş nazir Şeyx Hasina, Nusratın Dəkkədəki ailəsiylə bir araya gələrək, qızlarının ölümü ilə əlaqədar hər bir şəxsin ədalətə təslim ediləcəyini və günahkarların qanuni cəzalardan xilas ola bilməyəcəklərinin sözünü verib.
7News.Az








