Sevgililərim və pərəstişkarlarım arasında çox tanınmış insanlar, o cümlədən futbolçu Romario da vardı. Braziliyalı model Talita Zampirollinin dediyinə görə, sosial şəbəkələrdə çox məşhurdur.
7News.Az bildirir ki, 26 yaşlı T.Zampirollinin sosial şəbəkədə daimi təqibçilərinin sayı artıq 255 min nəfəri keçib.
18 yaşında cinsiyyətin dəyişdirilməsi əməliyyatına məruz qalan və "qadına çevrilən" Talitanın dediyinə görə, əgər əvvəllər yaşadığı Rio de Janeyroda tanınırdısa, indi Braziliyanın ən məşhur insanlarından birinə çevrilib.
2013-cü ildə o, dünya futbolunun canlı əfsanələrindən sayılan Romarionun sevgilisi olmuşdu. İş o yerə çatmışdı ki, Romario ona hətta evlənməyi təklif etmişdi.
"Amma sonra Romariodan ayrıldım, o da hər yerdə münasibətlərimizi danmağa başladı. Mən özümü əla hiss edirəm. Hələ uşaq yaşlarında anlayırdım ki, daxilimdə bir qadın var"./milli.az
7News.Az








