RU
“Clean Environment” layihəsinin bağlanış mərasimi baş tutub
11:11
1902

“Clean Environment” layihəsinin bağlanış mərasimi baş tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Clean Environment” layihəsinin bağlanış mərasimi YAP Gənclər Birliyi ofisində keçirilib.

Tədbirin açılış nitqində gəncləri salamlayan layihə rəhbəri Əli Namazlı bildirib ki, layihənin əsas məqsədi ekoloji təhlükəsizlik sahəsində son yeniliklər və nailiyyətləri gənclər arasında təbliğ etmək, müasir ekoloji mühafizə sahəsində olan yeniliklərin Azərbaycan ekologiya və ətraf mühitin mühafizəsi sistemində tətbiqi ilə bağlı məsələləri üzə çıxarmaqdan ibarətdir: “ Ətraf mühiti qorumaq hər bir insanın borcudur. Bu işdə gənclər aktiv iştirak etməklə yanaşı, digər şəxsləri də bu prosesə cəlb etməlidir. Belə olan halda effektiv nəticə qazana bilərik”.

Layihə rəhbərinin çıxışından sonra təlimçi tərəfindən gənclərə ekoloji təhlükəsizlik sahəsindəki son yeniliklər və nailiyyətlər, Azərbaycanda ekologiya və ətraf mühit sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Daha sonra layihə rəhbəri və təlimçi iştirakçıları maraqlandıran suallara cavab verib.

Sonda iştirakçı gənclərə maarifləndirici bukletlər paylanılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ