RU
Co Baydenin oğlu 17 milyon dollar borcu ilə ABŞ-ni tərk etdi
15:50
26

Co Baydenin oğlu 17 milyon dollar borcu ilə ABŞ-ni tərk etdi

ABŞ-nin 46-cı Prezidenti Co Baydenin oğlu Hanter Baydenin 17 milyon dollara yaxın borcunun olduğu və buna baxmayaraq, onun ABŞ-dəki fəaliyyətini səssizcə yekunlaşdıraraq ölkədən getdiyi bildirilir.

7News.Az-ın "Daily Mail" nəşrinə istinadla yaydığı xəbərə əsasən, bu faktlar məhkəməyə təqdim olunan yeni sənədlərdə öz əksini tapıb.

Aprelin 6-da hüquqşünas Barri Koburn tərəfindən Vaşinqton məhkəməsinə müvafiq sənədlər verilib. "Winston & Strawn" hüquq şirkətinin sabiq vəkilləri göstərdikləri xidmətlərə görə Hanterdən vəsaitlərinin ödənilməsini istəyirlər. Təqdim olunan sənəddə Baydenin artıq xarici ölkədə yaşadığı vurğulanır. Vəkil əlavə edib ki, Hanterin hazırkı məhkəmə xərclərini qarşılamaq imkanı belə yoxdur.

Sözügedən şirkət bundan öncə 56 yaşlı Hanteri qanunsuz silah gəzdirmə və vergilərdən yayınma işlərində təmsil edib. Lakin o, dəyəri 50 min dollardan artıq olan xidmət haqqını indiyədək ödəyə bilməyib.

Ötən il yayımlanan podkastların birində Hanter məhz hüquqi çəkişmələrə görə 17 milyon dollar borclandığını təsdiqləmişdi. Koburn mövzuya münasibət bildirməkdən və prezident oğlunun dəqiq koordinatlarını açıqlamaqdan imtina edib. Bununla belə, Hanterin bir müddət öncə həyat yoldaşı Melissanın vətəni olan Cənubi Afrika Respublikasında göründüyü qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ