RU
Conson Zelenskiyə NATO və G7-də Ukraynanın maraqlarını qoruyacağını söz verib
11:15
321

Conson Zelenskiyə NATO və G7-də Ukraynanın maraqlarını qoruyacağını söz verib

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenskiyə bildirib ki, G7 ("Böyük Yeddilik” – Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) və NATO-nun qarşıdakı görüşlərində rəsmi Kiyevin maraqlarını müdafiə edəcək.

Bu barədə "Report” Baş nazirin ofisinə istinadən xəbər verir.

"(Baş nazir-red) NATO və G7-nin gələn həftə keçiriləcək toplantılarında, eləcə də əsas müttəfiqlərlə qarşıdan gələn təmaslarda Ukraynanın maraqlarını irəli sürmək niyyətində olduğunu bildirib”, - bəyanatda deyilir.

Bundan əlavə, Britaniyanın Baş naziri tviter hesabında yazıb ki, rəsmi London Kiyevə hərbi, iqtisadi və diplomatik dəstək verməkdə davam edəcək.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ