2008-ci il dekabrın 14-də ABŞ prezidenti Corc Buşa Bağdadda keçirilən mətbuat konfransı zamanı ayaqqabı atan iraqlı jurnalist Muntazar el-Zeydi bu hadisədən sonra başına gələnləri əks etdirən kitab yazıb.
7News.az xarici mediaya istinadən xəbər verir ki, "Buşa son salam” adlı kitab türk dilində də nəşr olunub.
Muntazar el-Zeydinin müəllifi olduğu kitabda 2003-cü ildə ABŞ prezidenti Corc Buşa Bağdadda keçirilən mətbuat konfransı zamanı ayaqqabı atdıqdan sonra başına gələn hadisələr nəql olunur.
Muntazar el-Zeydi sözügedən kitabın satışından əldə olunacaq vəsaitin miqrantlara bağışlanacağını söyləyib.
Muntazar el-Zeydi ABŞ prezidentinə ayaqqabı atdığı üçün dəhşətli işgəncələrə məruz qaldığını kitabında qeyd edib.
Xatırladaq ki, Muntazar el-Zeydi 2003-cü ildə İraqda mühərrik texniki müəllimliyi ixtisası üzrə təhsil alan zaman ABŞ İraqın işğalını həyata keçirib. Həmin vaxtı El Zeydi də təhsilini yarımçıq qoyaraq jurnalist fəaliyyətinə başlayıb və 5 il ərzində xəbərlər departamentinin rəhbəri vəzifəsinə qədər yüksəlməyi bacarıb.
7News.az








