Corc Floydu öldürən polis növbəti dəfə məhkəmə qarşısına çıxıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, afroamerikalının ölümünə səbəb olan və işdən çıxarılan polis – Derek Çavin videoformatda məhkəmə qarşısına çıxıb. 11 dəqiqə çəkən görüşdə polis əməkdaşı heç bir açıqlama verməyib.
Polis əməkdaşına qarşı ikinci dərəcəli qətl – ilkin niyyətsiz qəsdlə törədilmiş qətl maddəsi üzrə ittiham irəli sürülüb və 1 milyon 250 min dollar təzminat ödəyəcəyi müəyyən edilib.
Növbəti məhkəmə 29 iyun tarixində keçiriləcəyi və Derekin 40 il müddətində azadlıqdan məhrum ediləcəyi gözlənilir.
Ona kömək edən 3 polis əməkdaşı isə qətlə köməkçilikdə və təhrikçilikdə ittiham edilir.
Xatırladaq ki, mayın 25-də ABŞ-ın Minneapolis şəhərində Corc Floydu saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlayan ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. Nəticədə Floyd boğularaq ölüb.
7News.Az








