BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərəgörə, bu barədə "Daily Mail" yazır.
Belə ki, tennis kortu və yay evinin verandası daxil olmaqla, ulduzun torpaq sahəsinin çox hissəsi su altında qalıb.

Lakin Britaniyanın xüsusi maraq doğuran binalar siyahısında yer alan və XVII əsrə aid olan tikilinin özünə zərər dəyməyib.
Daşqına səbəb Temza çayını daşdıran "Dennis" fırtınası olub.

Qeyd olunur ki, Corc Kluni əmlakı 2014-cü ildə alıb. Sahə 9,7 milyon dollara satışa çıxarılsa da, aktyorun dəqiq nə qədər pul ödədiyi məlum deyil. Hazırda həmin ərazinin qiyməti 15,5 milyon dollardır.
















