Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges ağır xəstə uşaqların müalicə xərclərini öz üzərinə götürüb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, o, bunun üçün 120 min avro (təqribən 225 min manat) bağışlayıb.
Bu barədə onun bacısı İvana Rodrigez məlumat verib.
Qeyd edək ki, onlar neyroinkişaf pozğunluğu yaşayan uşaqların müalicəsi üçün çalışan "Angel Xavi" fonduna tez-tez yardım edərək dəstək olurlar.
Fond adərmanların alınması və İspaniyaya çatdırılması üçün vəsait axtarırdı. Bacılar 220 min avro ianə edərək ianə toplama kampaniyasını bağlı elan ediblər.








