RU
Coşqunun əməliyyatdan sonrakı vəziyyəti haqda açıqlama
11:47
5676

Coşqunun əməliyyatdan sonrakı vəziyyəti haqda açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Coşqun Rəhimov ötən gün üçüncü dəfə əməliyyat olunub. 

7News.az-ın məlumatına görə, "Bu şəhərdə" komandasının prodüseri Müşviq Abbasov "ATV xəbər"ə açıqlamasında aktyorun boğazında yenidən şiş əmələ gəldiyini bildirib:

"Əməliyyat 3 saat çəkdi. Limfa düyünlərində problem var idi. Yenidən bir neçə törəmə yaranmışdı. İndi vəziyyəti yaxşıdır, bir neçə gündən sonra ayağa qalxacaq".

Qeyd edək ki, C.Rəhimov uzun müddətdir qalxanabənzər vəzin xərçəngi xəstəliyindən əziyyət çəkir./axşam.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ