Belçikanın Şərqi Flaman bölgəsindəki Kruisem qəsəbəsində koronavirusa (COVİD-19) yoluxan bir ailə həkimi xəstələri günlərlə maska taxmadan müayinə edib.
7News.Az xəbər verir ki, bu barədə "Brussels Times" qəzeti yazıb. Məlumata görə, hadisə nəticəsində həkim 100-dən çox insanı koronavirusa yoluxdurub.
68 yaşlı həkim məsələ ilə bağlı açıqlamasında etdiyi hərəkətin doğru olmadığını, sadəcə insanlara kömək etmək istədiyini deyib.








