RU
Covid -19virusuna qarşl immunitet reaksiyasını yenidən gücləndirmək üçün Buster dozanın vurulmasının əhəmiyyəti
16:10
503

Covid -19virusuna qarşl immunitet reaksiyasını yenidən gücləndirmək üçün Buster dozanın vurulmasının əhəmiyyəti

Covid -19 xəstəliyi yeni kəşf olunan SARS-COV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir .Digər koronavirus mənşəli xəstəliklərindən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atilik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı cənginə almışdır .Vəziyyətin bu dərəcə də çıxılmaz vəziyyətdə olması ÜST-ü 2020-cı il 23 yanvar tarixində Covid-19 xəstəliyi ilə bağlı fövqalədə vəziyyət elan etməyə vadar etmişdir .Bu qərarın alınmasına vadar edən bir sıra səbəblər mövcuddur :

Xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin genişlənməsi

Yeni COVİD-19 xəstəliyinə qarşı xüsusi müalicələrinin olmaması

Pandemiyanın törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır.Əksepidemik tədbirlərin dövlət tərəfindən uğurla idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alınmışdır .

Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması ,ölüm səviyyəsinin yüksək olmaması aparılmış əksepidemik tədbirlərin səmərəliliyini əks etdirir .Gözlənilir ki ,vaksinasiya nəticəsində insanlar arasında xəstələnmə hallarının kəskin azalmasına və mövcud xəstəliyin səhiyyə sisteminə mənfi təsirinin aradan qaldırılmasına səbəb olacaqdır .

Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına ,əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir .Həmçinin son elmi tədqiqatlara əsasən ,Covid-19 xəstəliyi əlehinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin ,yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza ilə peyvədlənməsi tövsiyə edilir .Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki ,virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektli yolu məhs vaksinasiyadır .Əvvəl ki gözəl və sərbəst həyatımız üçün vaksin əhəmiyyətlidir .Sağlam həyat üçün nə lazımdırsa və nə tələb olunursa onu etmək biz vətəndaşların üzərinə düşən vacib məsuliyyətdir .O ki qaldı 3 cü dozanın vacibliyinə biz güclü bir” düşmənlə "savaşırıq amma vaksin əlimizdə olan tutarlı çıxış yollarındandır .Vaksinasiya ilə yanaşı ,fiziki məsafənin saxlanılması ,maskadan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.

 

Bakı Slavyan universiteti

Baxşiyeva Səbinə

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ