RU
Üçqat dünya çempionunun qızı öldürüldü
20:21
633

Üçqat dünya çempionunun qızı öldürüldü

Məşhur idmançı, üçqat dünya çempionu Tayson Qeyin 15 yaşlı qızı Triniti Qey öldürülüb.

 O ABŞ-ın Leksinqton şəhərində güllələnib.

Məlumata görə, yeniyetmə qız restoranda baş verən atışmanın qurbanı olub. Polis bildirib ki, hadisə zamanı 2 naməlum avtomobildən atəş açılıb, həmin şəxslər insidentdən sonra qaça biliblər.

Triniti Qey ağır vəziyyətdə xəstəxanya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Tayson Qey 100 metr qaçışda rekorda imza atıb- 9,69 saniyə. Onun dünya çempionatındakı hesabında 3 qızıl, 1 gümüş medal var./qafqazinfo

7news.Az

 

Üçqat dünya çempionunun qızı öldürüldü
Üçqat dünya çempionunun qızı öldürüldü

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ