RU
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
23:54
620

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 22 və 23-də Bakı İdman Sarayında böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından 7news.Az-a verilən məlumata görə, yarışda ölkəmizin ən güclü kişi və qadın cüdoçuları mübarizə aparacaqlar.

Azərbaycan çempionatının təntənəli açılış mərasimi dekabrın 22-də, saat 17:00-da olacaq. İki gün baş tutacaq respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaq.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ