Bir müddət əvvəl dünya çempionu Zabit Səmədovun 11 apreldə keçiriləcək Prezident seçkilərində İlham Əliyevədəstək məqsədi ilə başladığı crossfit marafonuna getdikcə daha çox idmançı qoşulur.
Bu dəfə estafeti Azərbaycan Cüdo Federasiyasının idmançıları davam etdirib. Cüdo millisinin üzvləri video marafaonda İlham Əliyevin namizədliyinə dəstək ifadə ediblər.
Qeyd edək ki, videolar Report İnformasiya Agentliyitərəfindən hazırlanıb.








