Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq cüdo yığmamızın üzvlərinin rəqibləri bəllidir.
7News.Az xəbər verir ki, keçirilən püşkatmadan sonra idmançılarımız aşağıdakı rəqiblərlə üz-üzə gələcək.
Püşkün nəticəsi
60 kq
Orxan Səfərov - Xuan Postiqos (Peru)
66 kq
Nicat Şıxəlizadə - Suqoi Uriarte (İspaniya)
73 kq
Rüstəm Orucov – Faye Nije (Qambiya)/Didar Həmzə (Qazaxıstan) cütünün qalibi
90 kq
Məmmədəli Mehdiyev – Kirill Denisov (Rusiya)
100 kq
Elmar Qasımov (100 kq) – Taqir Xaybullayev (Rusiya)
+100 kq
Uşanqi Kokauri (+100 kq) – Arturs Nikiforenko (Latviya)
Qeyd edək ki, cüdoçularımızın hamısının ilk döyüşü 1/16 finala təsadüf edəcək.








