May ayı ərzində internet paketi alan abunəçilər əlavə pul ödəmədən ikiqat internet trafiki əldə edəcəklər.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet
Provayderi Bakcell şirkəti dövlət səviyyəsində qeyd edilənAzərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi münasibətilə öz abunəçiləri üçün inanılmaz hədiyyə
kampaniyası elan edib.
Ən böyük milli şirkətlərdən biri olan Bakcell Azərbaycan vətəndaşlarına,
ölkənin tarixi və adət-ənənələrinə yüksək dəyər verən və eyni zamanda müasir
mobil rabitə istifadəçilərin ehtiyac və tələblərini anlayan innovativ
telekommunikasiya operatoru kimi, sərfəli qiymətə yüksək keyfiyyətli həllər
təklif edir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək məqsədilə,
Bakcell özünün CİN və Klass abunəçilərinə 1-31 may 2018-ci il tarixlərində
davam edəcək kampaniya çərçivəsində əlavə pul ödəmədən 100% daha çox internet
təklif edir.
Beləliklə, xüsusi kampaniyanın şərtlərinə əsasən, may ayı ərzində 1GB və daha
böyük həcmli internet paketini əldə edən hər bir abunəçi istifadə müddəti bir
ay olan ikiqat internet trafiki əldə edəcək. Bu misilsiz kampaniya sayəsində
Bakcell abunəçiləri 20 GB-dək pulsuz interneti hədiyyə şəklində ala biləcəklər.
Bu təklifdən yararlanmaq üçün abunəçilər kampaniyada iştirak edən internet
paketlərindən (1GB, 1.5GB, 3GB, 5GB, 10GB və ya 20GB) birini əldə etməlidir.
Qeyd edək ki, bütün İnternet paketləri istifadə müddətləri bitəndən sonra
balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənir. İnternet
paketlərdə təqdim edilən trafik bitəndən sonra, "yüksək sürət” xidməti
aktivləşir.
Kampaniya barədə daha ətraflı məlumatla https://www.bakcell.com/az/double_internet_as_a_100th_anniversary_treat
səhifəsində tanış ola bilərsiniz.








