RU
Cütlük əl-ələ intihar etdi - Film kimi hadisə - FOTO
18:20
543

Cütlük əl-ələ intihar etdi - Film kimi hadisə - FOTO

İngiltərədə ərlə arvad əl-ələ intihar edib.

Evlərindən 63 yaşlı Meri Lauson və 50 yaşlı əri Seanın cəsədi tapılıb.

Hakim Leaminqtondakı "Warwickshire Justice Centre"-da keçirilən məhkəmədə açıqlayıb ki, Sean intihar etməzdən öncə polislərə əvvəlcədən vaxtı qurulmuş və "üzr istəyirəm" başlıqlı email göndərib.

Emailin mətnində isə qeyd olunub: "Siz bu emaili oxuyursunuzsa, deməli, biz artıq dünyadan köçmüşük".

 

Polis emailin göndərildiyi ünvana çatanda cütlüyün yataqda olan cəsədlərini tapıb. Onların cəsədlərinin əl-ələ olması polisləri kövrəldib.

Qeyd edək ki, Meri bir il öncə iflic olmuşdu və hərəkət edə bilmirdi./milli

 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ