RU
DÇ-2022: DÇ-2022:Argentina - Fransa matçında penaltilər seriyası olacaq - YENİLƏNİB
21:43
858

DÇ-2022: DÇ-2022:Argentina - Fransa matçında penaltilər seriyası olacaq - YENİLƏNİB

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında penaltilər seriyası olacaq.

7NEWS.Az-ın məlumatına görə, görüşün əlavə vaxtında da tarazlıq pozulmayıb - 3:3.

Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə ediləcək.

21:37

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında hesab yenidən dəyişib.

7NEWS.Az-ın məlumatına görə, 116-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Kilian Mbappe özünün və komandasının 3-cü qolunu vurub - 3:3.

21:28

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında 5-ci qol vurulub.

7NEWS.Az-ın məlumatına görə, 109-cu dəqiqədə Lionel Messi "tanqoçular"ı yenidən hesabda önə keçirib - 3:2.

21:05

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt başlayıb.

7NEWS.Az-ın məlumatına görə, hazırda qarşılaşmada hesab bərabərdir - 2:2.

21:00

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt oynanılacaq.

7NEWS.Az-ın məlumatına görə, buna səbəb görüşün əsas vaxtının 2:2 hesablı heç-heçə ilə başa çatmasıdır.

Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Burada da tarazlıq pozulmasa, penaltilər seriyasından istifadə olunacaq.

20:44

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab bərabərləşib.

7NEWS.Az-ın məlumatına görə, 82-ci dəqiqədə Avropa təmsilçisindən Kilian Mbappe özünün və komandasının 2-ci qolunu vurub.

20:42

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda 3-cü qol vurulub.

7NEWS.Az-ın  məlumatına görə, 79-cu dəqiqədə Avropa təmsilçisi buraxılan toplardan birinin əvəzini çıxıb. "Xoruzlar"dan Kilian Mbappe penaltini dəqiq yerinə yetirib - 1:2.

20:09

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb. 

7NEWS.Az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi 2:0 hesabı ilə qalib gəlir.

19:54

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.

7NEWS.Az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

19:36

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab dəyişib.

7NEWS.Az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisindən Anxel Di Mariya 36-cı dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib.


19:23

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab açılıb.

7NEWS.Az-ın məlumatına görə, 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə keçirib.


19:00

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyunu başlayıb.

7NEWS.Az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:22

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

7NEWS.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ