7News.az verdiyi xəbərə görə 18 sentyabr mitinqində çıxış edənlərin bir çoxları ölkəni tərk ediblər. Bu barədə saytımızın redaksiyasına anonim məktub daxil olub. Məktubda vətəndaş təəssüfkeçliyi açıq-aydın hiss olunur. Bunu redaksiya olaraq həm də müraciət kimi qəbul etdiyimizdən olduğu kimi dərc edirik: "Özünü lider hesab edən, xalqı mövcud hakimiyyətə qarşı etiraza səsləyən "D18” hərəkatının rəhbəri Ruslan İzzətli 18 sentyabr mitinqdəki çıxışından sonra təzyiqlərdən qorxaraq ölkəni tərk etmişdir. Başqalarına lazımınca mübarizə aparmamağı irad tutan Ruslan İzzətlinin nə qədər cəsarətli olması buradan bəlli oldu. Belələri ilə yola çıxmağın nə mənası var ey... Azərbaycan xalqı! Belələrinin bir imici var, müxalif imici yaratmaq, özünü Qərbin dostu kimi göstərərək, onlardan maliyyə almaq"
Məlumat üçün qeyd edək ki, 8 sentyabr 2016-cı il tarixdə Müsavat Partiyasının
təşkilatçılığı ilə "Yaşasın Respublika” şüarı altında mitinq keçirilib. Mitinqi işıqlandıran saytlarda isə "Aksiyanın diqqətçəkən məqamları" bölməsində belə bir bənd yerləşdirilib: D-18 Hərəkatının gənc lideri Ruslan İzzətli göstərdiyi
natiqlik qabiliyyəti ilə onu ilk dəfə meydanda dinləyənləri təəccübləndirdi.









