RU
Dabanoviç “Qarabağ”ın oyununa təyin olundu
17:00
450

Dabanoviç “Qarabağ”ın oyununa təyin olundu

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ”ın "Marsel”lə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

7News.Az xəbər verir ki, UEFA Fransadakı qarşılaşmaya Monteneqrodan olan hakimlər briqadasını təyin edib.

Görüşün baş hakimi Nikola Dabanoviçə həvalə olunub. Ona həmyerliləri Milovan Cukiç və Vladan Todoroviç kömək edəcək. Miloş Boşkoviç dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 17-də "Velodrom” stadionunda keçiriləcək "Marsel” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ