Türkiyənin Kanal D telekanalında yayımlanan "Daha 17" böyük reytinq uğuruna imza atıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın əldə etdiyi göstəricilər bir sıra beynəlxalq futbol qarşılaşmalarını geridə qoyub.
Məlumata görə, "Daha 17” reytinqlərdə Dünya Kuboku çərçivəsində keçirilən Belçika–İran və İspaniya–Səudiyyə Ərəbistanı matçlarını üstələyib.
Bundan əlavə, serial bütün kateqoriyalarda isə Avstraliya–Türkiyə oyunu istisna olmaqla, 2016 FIFA Dünya Kubokunda yayımlanan bütün qarşılaşmalardan daha yüksək reytinq əldə edib.
Serialın bu uğuru Türkiyə televiziya tarixində nadir rast gəlinən göstəricilərdən biri kimi qiymətləndirilir və sosial mediada geniş müzakirələrə səbəb olub.








