RU
Daha 93 nəfər Zabuxa qayıtdı
11:10
37

Daha 93 nəfər Zabuxa qayıtdı

Laçın rayonunun yenidən salınan Zabux kəndinə köç prosesi davam edir.

Bu gün Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 93 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Zabux kəndində 121 ailənin, yəni 475 nəfərin daimi məskunlaşması təmin edilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ