RU
Daha bir azərbaycanlı səsi ilə Türkiyəni ayağa qaldırdı - İbrahim Tatlısəs zəng etdi
23:44
112699

Daha bir azərbaycanlı səsi ilə Türkiyəni ayağa qaldırdı - İbrahim Tatlısəs zəng etdi

Türkiyənin məşhur sənətçisi azərbaycanlı iştirakçıya görə "Rising star” verilişinə zəng edib.

TV8 kanalında yayımlanan "Rising star” yarışmasında iştirakçı olan Rəşad Altunsəs ifası ilə müsifləri və tamaşaçıları heyrətləndirib. Rəşadın ifasından sonra gözlənilməz hadisə baş verib.

Belə ki, Türkiyənin tanınmış sənətçisi İbrahimTatlıses Mayamidə müalicə aldığı xəstəxandan verilişə zəng edib. Tatlıses Rəşadın ifasını bəyəndiyini bildirib. Həmyerlimizin ünvanına tərif dolu sözlər deyən sənətçi onu təbrik edib.

Xatırladaq ki, Rəşad Altunsəs əvvəllər "Şeron” qrupunun solisti olub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ