RU
Daha bir azərbaycanlı özünü 12-ci imam elan etdi - FOTO
12:46
522

Daha bir azərbaycanlı özünü 12-ci imam elan etdi - FOTO

Azərbaycanda özünü İmam Mehdi adlandıran daha bir şəxs peyda olub.
 
Bu barədə apa Tv-nin "Yaşıl orta” verilişinin aparıcı Könül Cəfərli özünün sosial şəbəkədəki hesabında qeyd edib. O, bildirib ki, bir tamaşaçı onlara yazıb ki, ona Allah tərəfindən vəhy gəlir. Məktubu açıq yazdığı üçün paylaşıram:
 
"BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM .İLK ÖNCƏ HƏR KƏSİ SALAMLAYIRAM, HÖRMƏTLİ KÖNÜL XANIM. Yazacaqlarım çooooxdur, deyəcəklərim ondan da çox. Yaxşı olardı ki, mənimlə əlaqə yaradasınız. Bu, həm savab cəhətdən xeyirli olar, həm də bir çox məsələlərə aydınlıq gətirmiş olarıq. Bildirmək istəyirəm ki, bütün dünyanın gözlədiyi 12-ci imam, MEHDİ ƏLEYHİSALAM mənəm. Tel-070-******** Mənə çox böyük ALLAH tərəfindən vəhy gəlir”.
 
A24.Az məsələni araşdırıb və həmin şəxsin kimliyini də ortaya çıxarıb. O, özünün şəxsi facebook hesabında da özünü İmam Mehdi elan edib və bunları yazıb.
 
"Ən böyük Allahın mənə verdiyi vəhydən hər kəsin inanması üçün ən böyük Allaha sığınıram”.//turaninfo
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ